Saytımızı qiymətləndirin


 
 

Rusiya sülhməramlıları yataqların qanunsuz istismarı əleyhinə Şuşada aksiya keçirilən əraziyə əlavə qüvvə və texnika cəlb edir
Tarix: 12-12-2022 | Saat: 12:23
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Rusiya sülhməramlıları yataqların qanunsuz istismarı əleyhinə Şuşada aksiya keçirilən əraziyə əlavə qüvvə və texnika cəlb edir - FOTO - VİDEO

Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edir.

Qarabaginfo.az xəbər verir ki, aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər.

Ad - 00:21

***

10.30

Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada keçirilən etiraz aksiyasının iştirakçıları çadırlar qururlar.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun görüşə gəlməsini tələb edirlər.

***

10.21

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyası keçirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, aksiya iştirakçıları faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz edir, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyətin həmin yataqlarda monitorinq aparılmasına Rusiya sülhməramlıları tərəfindən şərait yaradılmasını tələb edirlər.

Erməni separatçılarının dekabrın 10-da monitorinqə imkan verməməsinə kəskin etiraz bildirilir, bununla bağlı lazımı tədbir görmədiyinə görə Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb olunur.

SOSİAL

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib

“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib

12:10
12 dekabr 2022
Zəminə Zamanova

Ekoloji fəal: Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə ekoloji terrorun dayandırılmasını tələb edirik

12:09
12 dekabr 2022
ETSN yanında İctimai Şuranın üzvü: Qanunsuz istismar edilən mədənlərin qaytarılmasını tələb edirik

ETSN yanında İctimai Şuranın üzvü: Qanunsuz istismar edilən mədənlərin qaytarılmasını tələb edirik

11:14
12 dekabr 2022
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21:32
11 dekabr 2022

#

 




1115 dəfə oxunub.

Digər xəbərlər