Bir müddət əvvəl istefa ərizəsi yazan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin AMEA-ya getmə səbəbi məlum olub.
Qarabaginfo.az xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin mətbuat katibi Azadə Balayeva Oxu.Az-a bildirib ki, o, akademiyanın həqiqi üzvüdür:
“Onun oraya gəlməsində qəribə bir hal yoxdur. Məndə olan məlumata görə, Ramiz müəllim ötən gün şəxsi əşyalarını götürmək üçün AMEA-ya gəlib”.
Qeyd edək ki, ötən gün R.Mehdiyev ötən gün AMEA-ya getmişdi.
Xatırladaq ki, fevralın 19-da AMEA-nın ümumi yığıncağında onun istefa ərizəsi qəbul edilib.