Saytımızı qiymətləndirin


 
 

Xocalı aeroportu niyə də açılmasın?..  - Zülfüqarov
Tarix: 13-02-2021 | Saat: 14:04
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Xocalı aeroportunun yenidən açılması mümkündür, lakin o şərtlə ki, nəzarət Azəbaycanda olsun. Çünki Xocalı Azərbaycan ərazisidir və istər sülhməramlılar olsun, istərsə də başqası, rəsmi Bakının razılığı olmadan oradan heç bir uçuş gerçəkləşdirilə bilməz.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Rusiya sülhməramlılarının Xocalı aeroportunu açmaq istəməsi haqda yayılan xəbərləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Xocalı aeroportunun açılması düşünülənin əksinə elə də problemli bir şey deyil:

“Problem yarada biləcək tək məsələ aeroporta nəzarətin kim tərəfindən ediləcəyidir. Yəni bu gün istənilən yol, aeroport, dəmir yolu və s. nəqliyat vasitələri istismara verilə bilər. Bir halda ki, bunlara rəsmi Bakı nəzarət edəcək, niyə narahat olaq? İndiki halda Rusiya sülhməramlıları Xocalı aeroportunun yenidən açılmasını istəyirlərsə, burada pis bir şey yoxdur. Bu tələbi edən tərəf yəqin anlayır ki, nəzarət və idarə də rəsmi Bakının tabeliyində olmalıdır.

Bu gün regionda yeni modern Füzuli aeroportu tikilir. Bununla paralel Xocalı aeroportunun da istifadəyə verilməsi ölkəmizə fayda verə bilər. Onsuz da gec-tez ölkədə kiçik təyyarə istehsalı və istifadəsi olmalıdır.

Bir daha qeyd edirəm Xocalı aeroportunun nəzarəti Azərbaycanda olduğu müddətdə onun yenidən istifadəyə verilməsi problemli bir şey deyil”.

 



Xəbəri paylaş

1414 dəfə oxunub.

Digər xəbərlər