Saytımızı qiymətləndirin


 
 

STM seçkilərdən sonra Türkiyənin Azərbaycana dair siyasəti ilə bağlı gözləntiləri öyrənib
Tarix: 27-04-2023 | Saat: 11:38
Bölmə:Karusel / Region | çapa göndər

STM seçkilərdən sonra Türkiyənin Azərbaycana dair siyasəti ilə bağlı gözləntiləri öyrənib

Sosial Tədqiqatlar Mərkəzi (STM) Türkiyədə seçkilərdən sonrakı mərhələdə Türkiyənin Qarabağ məsələsi və Azərbaycana dair siyasəti ilə bağlı gözləntiləri sorğu əsasında öyrənib.

QÜarabaginfo.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib ki, ictimaiyyət Türkiyə-Azərbaycan münasibətlərində hazırda tarixi dönüm nöqtəsindən keçildiyi mövqeyini bölüşüb.

Belə ki, respondentlərin 68.7%-i seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Sorğu iştirakçılarının 26.0%-i isə qeyd edilən hansı namizədin qalib gəlməsindən asılı olmayaraq, Türkiyənin bütün imkanları ilə Azərbaycanın yanında olacağını qeyd edib.

Nəticələr göstərir ki, Azərbaycan ictimaiyyəti Türkiyənin xarici siyasət kursunda və regional hədəflərlə bağlı prinsipial mövqeyində davamlılığın, yaxud dəyişikliyin seçki nəticələrindən asılı olaraq müəyyənləşəcəyini düşünür.

Ümumiyyətlə, qeyd edilib ki, çoxaktorlu müxalifətin üzərində uzlaşa biləcəyi xarici siyasi kursun mümkünlüyü bir sıra ekspertlər tərəfindən də riskli hesab olunur. Bu təhdid Türkiyənin təkcə Azərbaycana yönəlik siyasət üçün deyil, bütövlükdə region, Yaxın Şərq, türk-islam dünyası və Rusiyaya yönəlik siyasəti üçün də xarakterik hesab olunur.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər