Almaniya DİN-in rəhbəri rusiyalı idmançıları ölkəyə buraxmayacağı ilə hədələdi
Tarix: 10-04-2023 | Saat: 14:16
Bölmə:Karusel / Dünya | çapa göndər
1163 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-04-2023 | Saat: 14:16
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya DİN-in rəhbəri rusiyalı idmançıları ölkəyə buraxmayacağı ilə hədələdi
Almaniyanın daxili işlər naziri Nensi Fezer Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışlarda iştiraka icazə verərsə, rusiyalı idmançıların ölkəyə girişini qadağan etməklə hədələyir.
Qaynarinfo ntv-yə istinadən xəbər verir ki, o, bu barədə "Funke” media qrupunun qəzetlərinə müsahibəsində bildirib.
"Böyük idman yarışlarına ev sahibliyi edən ölkələr gücsüz deyil. Onlar viza verməklə rusların bu yarışlarda iştirak edib-etməməsinə nəzarət edə bilərlər", - Fezer deyib.
"Əgər biz Almaniyada beynəlxalq yarışlar təşkil etsək, o zaman buna uyğun hərəkət edə bilərik. Burada həmişə aydın mövqe ilə çıxış edəcəyik", - o vurğulayıb.
Fezer vurğulayır ki, Rusiyadan olan idmançılara beynəlxalq yarışlarda iştirakına icazə "ukraynalı idmançıların üzünə bir sillə" olardı.
"Müharibəni qızışdıran Putinə təbliğat səhnəsi təklif etmək idmanın bütün dəyərlərinə xəyanət etmək deməkdir”, - nazir bildirib.
Xatırladaq ki, martın 28-də BOK İcraiyyə Komitəsi öz iclasında beynəlxalq idman federasiyalarına Rusiya və Belarus idmançılarının geri qaytarılması ilə bağlı tövsiyələrini verib, lakin bir sıra şərtlər irəli sürüb.
Şərtlər, xüsusən, Rusiya və ya Belarus pasportu olan idmançıların yalnız neytral fərdi idmançılar kimi yarışmasını nəzərdə tutur. Bundan əlavə, müharibəni aktiv dəstəkləyən idmançılar və əməkdaşlar yarışa bilməz.
Qeyd edək ki, söhbət tövsiyələrdən gedir, yekun qərarı fərdi idman növləri üzrə federasiyalar verəcək.
Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadasında iştirakı ilə bağlı qərara hələlik baxılmayıb.
Xəbəri paylaş
Digər xəbərlər
9-07-2022, 12:04
Rusiya Azərbaycan üçün potensial təhlükə hazırlayır
12-06-2026, 06:58
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib
10-12-2025, 14:52
Tramp miqrantlarla bağlı sərt açıqlamalar verdi
22-05-2021, 21:36
Vladimir Putinin xüsusi nümayəndəsi Tahir Salahovdan danışdı
18-12-2020, 13:41
Restoranlarla bağlı bu məqamlara aydınlıq gətirildi - Rəsmi
5-04-2023, 17:14
NATO Belarusa xəbərdarlıq edib
29-04-2021, 13:40
Azərbaycan Ordusu Gülablı istiqamətində 4 kilometr irəlilədi
26-06-2026, 22:41
Hakan Fidan: Rusiya və Ukraynanı yenidən danışıqlar masası ətrafında toplamağa hazırıq


















