Saytımızı qiymətləndirin


 
 

Baş infeksionist COVID keçirənlərin nə vaxt peyvənd olunacağını açıqlayıb
Tarix: 11-02-2021 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Baş infeksionist COVID keçirənlərin nə vaxt peyvənd olunacağını açıqlayıb

“Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyata qayıdaq”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19 mövzusunda” çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir: “Sadəcə vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks göstərici deyil. Sadəcə xəstəliyi kçeirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər”.

Baş infeksionist bildirb ki, 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Onun sözlərinə görə, bu cür şəxslər peyvəndləmə sırasında axrıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən inanlar qrupu var ki, onlar peyvənd olunmalıdır: “Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək”. 

Əsmər Qabil

 



Xəbəri paylaş

1351 dəfə oxunub.

Digər xəbərlər