Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Baş infeksionist COVID keçirənlərin nə vaxt peyvənd olunacağını açıqlayıb
Baş infeksionist COVID keçirənlərin nə vaxt peyvənd olunacağını açıqlayıb11-02-2021, 16:29. Yazar: Admin |
“Peyvəndi ona görə vurdururuq ki, əvvəlki həyata qayıdaq”. Qarabaqinfo.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19 mövzusunda” çıxışı zamanı deyib. Onun sözlərinə görə, vaksinlər həqiqətən təhlükəsiz və kifayət qədər effektivdir: “Sadəcə vaxtında vurulmalıdır. Xəstəliyi keçirmiş şəxslərə peyvənd vurulması əks göstərici deyil. Sadəcə xəstəliyi kçeirdiyinə görə, müəyyən qədər qoruyuculuğu var. Müəyyən vaxtdan sonra ona vaksin vurula bilər”. Baş infeksionist bildirb ki, 6 ay əvvəl xəstəlik keçirən şəxs risk qrupudursa, peyvənd olunur. Onun sözlərinə görə, bu cür şəxslər peyvəndləmə sırasında axrıncı yerlərdədir, çünki ondan qabaqda müəyyən inanlar qrupu var ki, onlar peyvənd olunmalıdır: “Yəni, xəstəliyi keçirənlər son mərhələdə peyvənd olunacaqlar. İndiki məlumatlara görə, ən azı 6 ay keçməlidir ki, biz həmin şəxsi peyvəndə cəlb edək”. Geri dön |