Saytımızı qiymətləndirin


 
 

“Neftçi” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
Tarix: 20-12-2022 | Saat: 22:21
Bölmə:Karusel / Manşet | çapa göndər

“Neftçi” Azərbaycan kubokunun yarımfinalına yüksəldi

Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu mərhələnin son oyununda "Neftçi" öz meydanında "Zirə" ilə qarşılaşıb. Oyunun əsas vaxtı "Neftçi"nin 2:1 hesablı üstünlüyü ilə başa çatıb. İlk oyunda "Zirə" 1:0 hesablı qələbə qazandığından görüşdə əlavə vaxt oynanılıb. Əlavə vaxtda daha bir qol vuran "Neftçi" 3:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Beləliklə, yarımfinalda "Qəbələ" "Səbail"lə, "Neftçi" "Turan Tovuz"la qarşılaşacaq.

20 dekabr (çərşənbə axşamı)

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

19:00. “Neftçi” – “Zirə” - 3:1

Qollar: Yeqor Boqomolski, 3, Emin Mahmudov, 45+1, Kenni Sayef, 95 - Loris Broqno, 89

Qırmızı vərəqələr: Təmkin Xəlilzadə, 120, Hacıağa Hacılı, 121 (hər ikisi "Zirə", 2-ci sarı vərəqə)

Reallaşdırılmayan penalti: Hamidu Keyta ("Zirə"), 111 - qapıçı

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Cavid Cəlilov

(“Bakcell Arena”)

İlk oyun  - 0:1



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər