Tarix: 19-07-2021 | Saat: 16:26
Bölmə:Karusel / Siyasət | çapa göndər
Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kiprə səfər öncəsi jurnalistlərin suallarını cavablandırarkən bildirib.
R. T. Ərdoğan deyib ki, Əfqanıstanda sülh və suverenliyin bərpa olunmasını dünyaya nümayiş etdirmək lazımdır: “Türkiyənin Əfqanıstandakı beynəlxalq hava limanı ilə bağlı hansı mövqedə olduğunu “Taliban” yaxşı bilir. Bu addımları atarkən bizim Türkiyə rəhbərliyi olaraq bəzi planlarımız var və bu palnalarımızı da yerinə yetirməkdəyik. “Taliban”la bu istiqamətdə hansı görüş və danışıqlar olacaq, bu yöndə də fəaliyyətlərimiz davam edir. Əfqanıstan əksəriyyəti müsəlman olan bir ölkədir. “Taliban”ın işğal hərəkətini davam etdirməsi düzgün yanaşma deyil. Türkiyədən “Taliban”a səslənirik: qardaşlarınızın torpaqlarını işğal etməkdən əl çəkin”.(Apa)
Digər xəbərlər