Saytımızı qiymətləndirin


 
 

Bakıda tozlu hava müşahidə olunur - İki gün davam edəcək
Tarix: 15-10-2026 | Saat: 10:23
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakıda tozlu hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA | Modern.az

 

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Vurğulanıb ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.



Xəbəri paylaş

10 dəfə oxunub.

Digər xəbərlər