Saytımızı qiymətləndirin


 
 

ATƏT-in əməkdaşı Ukraynada həlak olub
Tarix: 03-03-2022 | Saat: 08:01
Bölmə:Karusel / Region | çapa göndər

ATƏT-in əməkdaşı Ukraynada həlak olubXarkovun atəşə tutulması nəticəsində ATƏT üzvü həlak olub.

Qarabaginfo.az CNN-ə istinadən xəbərinə görə bu barədə ATƏT-in məlumatında bildirilib.

Qeyd olunub ki, martın 1-də Xarkovun atəşə tutulması nəticəsində həlak olan Marna Fenina ATƏT-in Ukraynadakı xüsusi monitorinq missiyasının üzvü olub.
Onun ailəsinə tədarük apararkən öldürüldüyü bildirilirb.

“Bizim Ukraynadakı həmkarlarımız dəstək məqsədi ilə onun ailəsi ilə yaxın əlaqədə qalırlar”, - deyə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Baş katib Maria Helqa Şmidin bəyanatında bildirib.

Bəyanatda qeyd olunub ki, beynəlxalq ictimaiyyətin təkrarlanan çağırışlarına baxmayaraq Ukraynaya qarşı səbəbsiz hərbi əməliyyat dava edir.

Təşkilat Rusiyanı dərhal atəşkəs elan etməyə və diqaloqda iştiraka çağırıb.(Apa)



Xəbəri paylaş

1256 dəfə oxunub.

Digər xəbərlər