Saytımızı qiymətləndirin


 
 

Nazir: "Xaricdə təhsillə bağlı ilkin siyahılar 30 marta qədər açıqlanacaq"
Tarix: 01-03-2022 | Saat: 14:51
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Təhsil naziri Emin Əmrullayevin ad günüdür

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın məqsədi 5 il ərzində hər il təxminən 400, ümumilikdə 2000 Azərbaycan gəncinə xarici ölkələrin ən nüfuzlu ali məktəblərinin maliyyə dəstəyini verməkdən ibarətdir.

Qarabaginfo.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.

Onun sözlərinə görə, təhsil haqqı və müvafiq ölkələrin xüsusiyyələri nəzərə alınmaqla təqaüdlərin verilməsi, ümumilikdə təhsillə bağlı bütün xərcləri ödəməkdən ibarətdir: “Builki proqram əvvəlki proqramlardan fərqli olacaq. Təhsil Nazirliyi olaraq növbəti ildən başlayaraq konkret proqramları elan edəcəyik. Əvvəlki proqramda universitetlərin siyahıları var idi və tələbə istədiyi universiteti seçə bilərdilər. Yeni proqramda isə hansı ixtisasın hansı universitetində daha yüksək tədris olunduğu qeyd olunacaq. Təcrübələrimiz göstərir ki, universitetlərin reytinqi ilə, ixtisasların reytinqi üst-üstə düşmür”.

Nazir deyib ki, bu il sentyabr ayı üçün tələbələri maliyyələşdirib xaricə göndərmək planlaşdırılır: “Təxminən 30 marta qədər Nazirlik tərəfindən ilkin siyahılar ictimaiyyətə açıqlanacaq. Xüsusilə magistr təhsili almaq istəyən tələbələr yüksək reytinqli universitetlərdə təhsil almaq üçün müraciət edə bilərlər”.



Xəbəri paylaş

1270 dəfə oxunub.

Digər xəbərlər