Saytımızı qiymətləndirin


 
 

KİV: Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək
Tarix: 30-05-2024 | Saat: 17:09
Bölmə:Karusel / Dünya | çapa göndər

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Ukrayna Prezidenti Vladimir Zelenski

 

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edəcək.

Qarabaginfo.az DPA-ya istinadən xəbər verir ki, bu barədə Ər-Riyaddakı Ukrayna səfirliyindən olan diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Prezident Zelenski iyunun 1-də Səudiyyə Ərəbistanına səfər edəcək. Zelenski qısamüddətli səfər üçün Ciddəyə gələcək və o, burada şahzadə Məhəmməd bin Salman və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək.

Qeyd olunub ki, səfərin məqsədi gələn ay İsveçrədə keçirilməsi planlaşdırılan sülh sammitinə Səudiyyə Ərəbistanının da dəstəyini almaqdır.

Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində neytral mövqe tutmağa çalışıb. Bu ölkə dəfələrlə Rusiya ilə Ukrayna arasında vasitəçilik təklif edib.

Ötən ilin avqustunda Səudiyyə Ərəbistanı Ukrayna ilə bağlı beynəlxalq təhlükəsizlik danışıqlarına ev sahibliyi edib, həmin ilin mayında isə Zelenski Səudiyyə Ərəbistanında keçirilən Ərəb Liqasının illik sammitində iştirak edib.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər