Saytımızı qiymətləndirin


 
 

Multimedia Şəhid Eldəniz Verdiyevlə vida mərasimi keçirilir
Tarix: 05-06-2021 | Saat: 11:28
Bölmə:Karusel | çapa göndər

 

Şəhid Eldəniz Verdiyevlə vida mərasimi keçirilir 
Eldəniz Verdiyev

Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Eldəniz Verdiyevlə vida mərasimi keçirilir.

Qarabaginfo.az xəbər verir ki, şəhidin nəşi ailəsinin yaşadığı Göygöl rayon Murovdağ qəsəbəsindəki evə gətirilib.

Vida mərasimdə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və rayon sakinləri iştirak edir.

Vida mərasimi başa çatdıqdan sonra Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Seyidlər kənd sakini Verdiyev Eldəniz Rabil oğlu 1999-cu ilin oktyabr ayının 4-də anadan olub. Ailəsi müvəqqəti olaraq Göygöl rayon Murovdağ qəsəbəsində məskunlaşıb. Şəhid E.Verdiyev subay idi.

Xatırladaq ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər kimi xidmət etmiş şəhidimiz Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü. (Report)



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər