Saytımızı qiymətləndirin


 
 

Serbiya Prezidentinə sui-qəsd hazırlanıb
Tarix: 08-02-2021 | Saat: 15:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

Serbiya Prezidentinə sui-qəsd hazırlanıb

Serbiya Prezidenti Aleksandr Vuçiçə sui-qəsd hazırlanıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Serbiyanın Cinayət Polis İdarəsinin rəisi Boqdan Puşiç "Pink" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, serb dövlətinin banisi Stefan Nemanın abidəsinin açılışı zamanı A. Vuçiçə sui-qəsd ola bilərdi: “Prezidentin təhlükəsizliyini təmin etmək üçün 859-dan çox xüsusi təyinatlı Stefan Nemanın abidəsinin açılışına cəlb olunub. Belə ki, informasiyalar sui-qəsd cəhdi olacağına işarə edirdi”.

Serbiyanın daxili işlər naziri Aleksandr Vulin daha əvvəl açıqlamasında ələ keçirilən böyük snayper qruplaşmasının sui-qəsd üçün təşkil olunduğunu bildirib.

Qeyd edək ki, A. Vuçiç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodiklə yanvarın 27-də serb dövlətinin qurucusu Stefan Nemanın abidəsinin açılışını edib.



Xəbəri paylaş

356 dəfə oxunub.

Digər xəbərlər