Saytımızı qiymətləndirin


 
 

ABŞ səfirliyi Yer Gününü qeyd edir
Tarix: 22-04-2022 | Saat: 21:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu ilin aprel ayında, ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi olaraq “Hava Keyfiyyətinin Monitorinqi Proqramı”na (AQMP) start verəcək.

Qarabaginfo.az xəbər verir ki, səfirliyin AQMP-yə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən sertifikatlaşdırılmış ölçmə aləti (MET One BAM 1020), real vaxt rejimində hava keyfiyyəti indeksi vebsaytı və səfirliyin veb səhifəsində yerləşdirilmiş məlumat daxildir.

ABŞ səfirliyi bu təşəbbüsü Yer Günü şərəfinə elan edir. 22 aprel Yer Günü sağlamlıq və ətraf mühitin qorunmasının vacibliyini öyrənmək və xatırlamaq üçün bir gündür. Amerika Birləşmiş Ştatlarında Yer Günü rəsmi bayram deyil, lakin hələ də geniş qeyd olunur. Hər yaşda olan amerikalılar ətraf mühitlə bağlı narahatlıq barədə ictimaiyyətin məlumatlılığını artırmaq və ətraf mühitə diqqəti göstərmək üçün tədbirlərdə iştirak edir.

Havanın çirklənməsi qlobal sağlamlıq üçün ciddi təhlükədir. 2015-ci ilin fevral ayında ABŞ Dövlət Departamenti və EPA Birləşmiş Ştatların hava keyfiyyəti şərtləri ilə bağlı artıq dərc edilmiş EPA məlumatlarına ABŞ səfirliklərinin məlumatlarını əlavə etməklə dünyanın hər yerindən real vaxt rejimində hava keyfiyyətinə dair məlumatlarını təkmilləşdirmək məqsədilə tərəfdaşlıq qurub.

AQMP davamlı olaraq Səfirlikdən kənarda havadakı incə hissəciklərin (PM2.5) səviyyəsini izləyərək qeyd edəcək və toplanmış məlumatları davamlı şəkildə EPA tərəfindən yaradılmış “Hava Keyfiyyəti İndeksi” (AQI) şkalasına çevirəcək.



Xəbəri paylaş

1277 dəfə oxunub.

Digər xəbərlər