Ana Sayfa > Karusel / Gündəm > Serbiya Prezidentinə sui-qəsd hazırlanıb
Serbiya Prezidentinə sui-qəsd hazırlanıb8-02-2021, 15:13. Yazar: Admin |
Serbiya Prezidenti Aleksandr Vuçiçə sui-qəsd hazırlanıb. Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Serbiyanın Cinayət Polis İdarəsinin rəisi Boqdan Puşiç "Pink" telekanalının efirində bildirib. Onun sözlərinə görə, serb dövlətinin banisi Stefan Nemanın abidəsinin açılışı zamanı A. Vuçiçə sui-qəsd ola bilərdi: “Prezidentin təhlükəsizliyini təmin etmək üçün 859-dan çox xüsusi təyinatlı Stefan Nemanın abidəsinin açılışına cəlb olunub. Belə ki, informasiyalar sui-qəsd cəhdi olacağına işarə edirdi”. Serbiyanın daxili işlər naziri Aleksandr Vulin daha əvvəl açıqlamasında ələ keçirilən böyük snayper qruplaşmasının sui-qəsd üçün təşkil olunduğunu bildirib. Qeyd edək ki, A. Vuçiç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodiklə yanvarın 27-də serb dövlətinin qurucusu Stefan Nemanın abidəsinin açılışını edib. Geri dön |