Tarix: 28-09-2026 | Saat: 22:09
Bölmə:Karusel / Siyasət | çapa göndər
Sentyabrın 28-də Dövlət İdarəçilik Akademiyası (DİA) və Bakı Politoloqlar Klubunun təşkilatçılığı ilə “Qafqaz Albaniyası: tarixi və mədəni varislik” mövzusunda tarixçi-alimlərin və ekspertlərin iştirakı ilə müzakirə keçirilib.
Qarabaginfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə DİA-nın rektoru, akademik Urxan Ələkbərov açıb, daha sonra çıxışlar dinlənilib. Prezident yanında Dövlət İdarəçilik Akademiyası rektorunun müşaviri, politoloq Zaur Məmmədov, DİA-nın Tarix kafedrasının müdiri, dos. Firdovsiyyə Əhmədova, prof. Məhəbbət Paşayeva, tarixçi alim Rizvan Hüseynov, AMEA-nın Azərbaycanın qədim dövr tarixi şöbəsinin müdiri Ramin Əlizadə və tarixçi alim Aysel Kərimova çıxış ediblər.
Çıxışlarda Qafqaz Albaniyasının tarixi, onun Azərbaycan tarixində yeri, Alban abidələrinin arxeoloji və elmi baxımdan araşdırılması məsələləri diqqət mərkəzində olub. Tarixi mənbələrin öyrənilməsi və mövcud irsin qorunmasının vacibliyi vurğulanıb.
Eyni zamanda, Alban məbədlərinin və kilsələrinin Qafqazda xristianlığın ilk beşiyi olması, erməni kilsəsinin 1836-cı ildə Qafqaz Alban kilsəsinin yerində yaradılması, eləcə də son 200 il ərzində bölgədəki Azərbaycan tarixinin bilərəkdən saxtalaşdırılması diqqət
mərkəzinə çatdırılıb.
Qeyd olunub ki, bugünkü Qarabağ ərazisində olan xristian kilsələrinin ermənilərlə heç bir əlaqəsi yoxdur, bugünkü Ermənistan ərazisində olan kilsələrin də əksəriyyəti Alban xristian irsidir. Ermənilər tərəfindən həm Qarabağda, həm də Qərbi Azərbaycan ərazisində kilsələrin daxili və xarici hissələri saxtalaşdırılıb.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tarixçi-alim və ekspertlərin Qafqaz Albaniyasının tarixi-mədəni irsinin qorunması, tədqiqi və təbliği ilə bağlı təklifləri dinlənilib. Bu istiqamətdə elmi müzakirələrin davam etdirilməsinin, yeni tədqiqatların aparılmasının və əldə olunan nəticələrin yerli və beynəlxalq elmi platformalarda təqdim edilməsinin əhəmiyyəti qeyd olunub.
Digər xəbərlər

























