Saytımızı qiymətləndirin


 
 

Ermənistan Baş Prokurorluğu Koçəryan və ailəsinin əmlakının müsadirəsini tələb edir
Tarix: 12-05-2025 | Saat: 13:51
Bölmə:Karusel / Region | çapa göndər

CROSSMEDIA - Köçəryan: "Ermənistan Rusiyanı satdı"

Ermənistan Baş Prokurorluğu Robert Koçəryan və onun ailəsinin daşınar və daşınmaz əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsini tələb edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə jurnalistlərin sualına cavabında bildirib.
“Koçaryan ailəsinin 22 daşınmaz əmlak, iki daşınmaz əmlak almaq hüquqü, 2 avtomobil, 3 milyon ABŞ dollarından çox vəsait, 985 milyon dram məbləğində alınmış istiqrazlar, 1,4 milyon ABŞ dollarından çox depozitlər,15 hüquqi şəxsdə iştirak, 4 milyon dollar, 8,3 milyard dram, 261 milyon rubl və təxminən 590 min avro məbləğində kreditlərin qaytarılmasını tələb etmək hüququ və dəyəri 3,8 milyard dramdan və 20 milyard dramdan çox olan daşınmaz əmlakın alınması üçün xərclərin Ermənistan Respublikası xeyrinə müsadirə olunmasını tələb edir”, - o qeyd edib.



Xəbəri paylaş

114 dəfə oxunub.

Digər xəbərlər