Saytımızı qiymətləndirin


 
 

Ərdoğan: “PKK-nın “başçı heyəti” Selman Bozkır MİT tərəfindən məhv edilib”
Tarix: 06-06-2021 | Saat: 18:55
Bölmə:Karusel / Region | çapa göndər

 

#

PKK terror təşkilatının “yüksək səviyyəli” terrorçularından biri Suriyada Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən həbs edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan özünün rəsmi Twıtter səhifəsində yazıb.

Türkiyə Prezidenti “Burada millətimizə xoş bir xəbər vermək istəyirəm. Terror təşkilatı PKK-nın qondarma başçı heyəti, Mahmurdakı terror əməliyyatlarının rəhbəri "Doktor Hüseyin" kod adlı Selman Bozkır, dünən Milli Kəşfiyyat Təşkilatımızın qəhrəmanları tərəfindən zərərsizləşdirilib” deyə Twıtter səhifəsində yazıb.

R.T.Ərdoğan bu uğurlu əməliyyatda əməyi olan bütün şəxslərə təşəkkür edib: “Bütün dostlara millətim adından təşəkkür edirəm. Xain və separatçı təşkilatın Mahmurdan terrorizm üçün "inkubasiya mərkəzi" kimi istifadə etməsinə icazə verməyəcəyik və terroru mənbəyində məhv etməyə davam edəcəyik”. (Apa)



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər