Saytımızı qiymətləndirin


 
 

Sumqayıtda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Tarix: 27-01-2022 | Saat: 08:59
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Sumqayıtda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sumqayıtda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Rahib Yunisovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qarabaginfo.az xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəhmin Hümbətobun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Sumqayıt şəhər bulvar ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1978-ci il təvəllüdlü R.Yunisov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı 1988-ci il təvəllüdlü İlkin İbişova bıçaqla ağır xəsarətlər yetirib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

R.Yunisov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.



Xəbəri paylaş

1285 dəfə oxunub.

Digər xəbərlər