“Qatar Airways”in Doha-Tbilisi təyyarəsi Bakıya eniş edib
Tarix: 06-07-2026 | Saat: 22:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
167 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-07-2026 | Saat: 22:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
“Qatar Airways” aviaşirkətinə məxsus, Doha–Tbilisi marşrutu üzrə QTR253 reysini yerinə yetirən hava gəmisi ehtiyat hava limanı qismində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bu qərar təyinat hava limanı olan Tbilisidə müşahidə olunan əlverişsiz meteoroloji şərait səbəbindən hava gəmisinin komandiri tərəfindən qəbul edilib.
Airbus A320 tipli hava gəmisi yerli vaxtla saat 20:23-də uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə mövcud prosedurlara uyğun xidmət göstərib. Meteoroloji şərait yaxşılaşdıqdan sonra reys təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.
Xəbəri paylaş
Digər xəbərlər
17-01-2025, 16:19
Ötən il Azərbaycanda yeni mənzillər 11%-dən çox bahalaşıb
28-09-2023, 10:50
Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır
22-03-2022, 14:32
Rusiya səfiri Yaponiya XİN-ə çağırılıb
18-02-2023, 11:18
Çavuşoğluya iki yeni müavin təyin edildi
18-06-2026, 12:41
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin edilib
21-11-2022, 14:02
Metroda sərnişinlərin telefonlarını oğurladılar - FOTO
14-01-2026, 15:36
Lavrov Uitkoffun Moskvaya səfərinin mümkünlüyünə münasibət bildirib
26-12-2025, 11:48
Sergey Narışkin Prezident İlham Əliyevi təbrik edib
17-06-2026, 17:12
Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olub
















