Saytımızı qiymətləndirin


 
 

“Gələcəyimizi təhlükəyə sürükləməyək!” -YAZI
Tarix: 02-02-2021 | Saat: 11:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Hər bir fərd cəmiyyət arasında özünəməxsus mühüm mövqəyə malikdir, yəni qısaca desək hər bir fərd cəmiyyəti formalaşdırır. Fərd tərəfindən həyata keçirilən əxlaqi, mədəni,dini, siyasi və fiziki davranış birbaşa cəmiyyət arasında onun haqqında bir fikrin formalaşmısı üçün əsasdır. Hazırki dövrümüzdə cəmiyyət və fərd anlayışlarının sosial mövqeyinə geniş aspektden yanaşsaq qeyd edə bilərik ki, bu məsələnin  kökündə fərdin yeniyetməlik və gənclik dövrü dayanır. Subyektiv yanaşmaya əsasən vurğulanır ki, hər bir  valideyn üçün həyatda ən mühüm stereotiplər öz övladının cəmiyyət arasında mühüm mövqeyə malik olması, əxlaqlı, mədəni, savadlı və iş sahibi bir şəxs kimi hər bir kəs tərəfindən sayılıb-seçilməsidir. Sosial mühitdə olan dolğun analitik düşüncə, təhlil və araşdırmalar göstərir ki, bir fərdin cəmiyyətdəki mövqeyi çağa,yeniyemətik və gənclik dövründəki valideyn tərbiyəsi, valideyn qayğısı və valideyn diqqətliliyi əsasında formalaşır. Gənc və yeniyetmənin normal düşüncə sahibi fərdlərin təşkil etdiyi cəmiyyətdən təcrid olaraqzərərli vərdişlərə, radikallığa və terrorizmə meyl etməsi birbaşa sosial və ailə mühitinin zərərli təsiri ilə bağlı səbəblərdən baş verir. Obyektiv və subyektiv yanaşaraq bu ifadənin əsl məzmununu açaq.

Övladın cəmiyyətdən təcrid olaraq zərərli sosial mühitə meyli ilə bağlı  valdeynlərdən aslı olan ailə səbəbləri nələr ola bilər?

Valdeynlər tərəfindən övladlara həddən artıq sərbəstliyin verilməsi, valideyn diqqət və qayğısının kifayət qədər olmaması, həddən artıq  gestapo rejimli ailə intizamı və övladlarımızı uşaq çağlarından  sərhəd çərçivəsində yoxluğa və əziyyətə öyrəşdirməmək və bu fonda olan bir sıra  davranışlarımız övladlarımızın mədəni sosial cəmiyyətdən uzaqlaşaraq rakidal, terrorçu, xurafatçı və zərərli vərdiş alüdəçisi olması üçün münbit şərait yaratmış olur.

Şəxsin mənsub olduğu sosial  mövqeyinin və şəxsin insani davranış tərzlərinin qiymətləndirilməsində ətrafındakı insanların da rolu kifayət qədərdir ki, məhz“dostuvun kim olduğunu göstər deyim kimsən”şüarı bu məsələnin üzərinə tam olaraq yazılmış və cəmiyyətimiz tərəfindən bir şəxsin tanınması üçün istifadə edilərək fərdin cəmiyyət arasında formalaşdırdığı fikri açıqlayır.

Şəxsin cəmiyyətdən təcrid olaraq zərərli sosial mühitə meyli ilə bağlı aslı olan  sosial səbəbləri nələr ola bilər?

Sosial-iqtisadi vəziyyətin aşağı olması, zərərli vərdişlərə meyl edən insanların ətrafında olmaq, təhsil sahəsində əldə edilən uğursuzluq və şəxsin yaşam tərzindəki qeyri-sabitliyinə təsir edən amillər cəmiyyətdən qaynaqlanan  və zərərli mühitə meyl etməyə təhrik edən səbəblər sırasında qeyd edilir.

Bu proseslərin qarşısınn alınması və uğurlu gənclik üçün ilk öncə  nöqsanları və səbəbləri aşkar etmək, daha sonra isə bu istiqamətdə mühüm keyfiyyətli işlərin görülməsi vacibdir. Qeyd edə bilərik ki, problemlərin həlli üçün mühüm 3 mübarizə metodu özünün keyfiyyətini daha qabarıq şəkildə göstərə bilər.

  1. Övladlarımızla mütəmadi olaraq mənəvi-əxlaqi söhbətlərin aparılması
  2. Asudə vaxtlarının səmərəli keçirilməsi üçün övladlarımız üçün əlverişli şəraitin yaradılması
  3. Kütləvi İnformasiya Vasitələrində maarifləndirici proqramlara yer verilməsi.

 

 

Fərdin həyata baxış bucağı, yaşam tərzi, sosial və fərdi davrnışları, tutuduğu sosial mövqeyi  kimi məsələlərin psixoloji təhlili zamanı  ilk öncə ağlımıza  “ Geştalt nəzəriyyəsi” yada düşür. Məişət üslubu fonunda qeyd edərək sadə dil və təhlil yolu ilə açıqlasaq qeyd edə bilərik ki, fərdin təhsil, uğurlu karyera, iş və s. kimi geniş imkanlar əldə edərək gələcək həyatındakı yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeniyetmelik və gənclik dövründəki əldə etdiyi uğursuzluqlar əslində həmin şəxsin iradəli  və  qarşısına məqsəd qoylacağı təqdirdə yaxın gələcəkdə nailiyyət əldə etməsi demekdir.Yəni, belə izah edək. Geştalt nəzəriyyəsinə görə- insan üçün bir məsələ tam həll olunmayıbsa,  o şəxs həmişə o məsələyə qayıdacaq, o məsələdə fikirləri ilişib qalacaq və bu məsələ həmişə onun düşüncəsini məşğul edəcəkdir. Belə nəticəyə gələ bilirik ki, insanın həyatında  keçmişdə baş verən və tam həllini tapmayan həransı yaxşı və pis məsələ insan psixologiyasında daim yaşayır və bir müddət sonra yenidən  həmin məsələnin həlli üçün geridönüş olunur. Həyatda baş verən müsbət və mənfi hadisələrə qarşı fərdi emosiyaların idarə olunması və müsbət baxış amilinin ön plana çəkilməsi,  qeyri-müəyyən nəticəyə malik olan  və  öz həllini tapmayan işlər ilə bağlı həyata pozitive yanaşma və pozitive düşünmək “Fiqur və fon” psixologiyasına aiddir. Fiqur göz önündə və beyində yaşayan, fon isə unudulan anlamına gəlir. Bir neçə nümunə ilə bunu izah etməyə çalışaq. Bir gün döyüş zamanı Hz.Əlinin ayağına ox sancılır və ağrısından oxu çıxarmaq mümkün olmur. Bu məsələ ilə bağlı Məhəmməd Peyğəmbər buyurur ki, Hz. Əli ibadət edərkən oxu çıxarın. İbadət zamanı Hz.Əli Allah Təalının hüzurunda olduğu zaman hər şeyi unudur və fikrini ibadətə cəmləyir. Səcdədə olduğu zaman Hz.Əlinin ayağından ox  ağrı və acısız çıxarılır. Hz.Əli ibadət etdiyi an yalnız  Allaha Təalanı düşünməsi fiqur, agrının unudulması ilə oxun çıxması isə fondur. Başqa bir nümunə ilə bu məsələni daha açıq və qabarığ şəkildə ifadə edək.

Bir şəxsin evdə və ya iş mühitində olduğu zaman baş ağrıları baş verir. Həmin baş agrısının unudulması üçün  televizora baxır, telefon ilə danışır və ya müxtəlif fəaliyyət sahəsi ilə məşğul olur. Müəyyən fəaliyyət sahəsi ilə məşğul olunan zaman şəxs tərəfindən baş agrısı unudulur. Deməli belə nəticəyə gəlirik ki, məşğuliyyətimiz bizə baş ağrısını unutdurduğu üçün fiqur olacaq və baş agrımızda məşğuliyyət dövründə unuduluğu üçün fon olacaq.

Psixoloji durum, sıxıntı və problemlərdən qaçmaq istəyi  cəmiyyət arasında çıxış yolu kimi intihar anlayışının formalaşmasına və  kütləvi meylə gətirib çıxarır. Ölkə ərazisi üzrə mütləq deyil, təxmini rəqəm götürsək vurğulaya bilərik ki, son 1 ay ərzində  ölkə ərazisində 10 intihar faktı qeydə alınmışdır. Bu prosesləri əslində “Verter effecti” adlandıra bilərik. KİV-də  və cəmiyyətin fərdləri arasındakı söhbətləşmə zamanı ölkə ərazisində baş vermiş intiharlar ilə bağlı xəbərlərə daha geniş yer verildiyi üçün problemi olan, psixoloji durumu gərgin olan və sıxntısı olan hər bir kəs çıxış yolu kimi özündən əvvəl intihar etmiş şəxsləri rəhbər tutaraq inthara meyl edir və bununla intihar sayında kütləvi artım halı baş verir.

Müxtəlif ədəbi janrlarda yazılmış əsərlərdəki yazıçı mövqeyi iləbu məsələnin kiçik izahını vermək olar. Alman yazıçısı İohann Volfqanq Götenin  dünya ədəbiyyatında xüsusi mühüm mövqeyə malik olan “Gənv Verterin iztirabları” adlı məktub formasında yazdığı sentimental romanı gənc Verterin iztirabları haqqında oxucuya geniş məlumat verir. Oxucu Verterin həyat ilə öz həyatını eyniləşdirir və əsərin qəhrəmanı Verterde olan iztirabları öz həyatında axtarmaqa çalışır. Və sonda problemlerin onun həyatında yaratdığı mənəvi travmadan qaçmaq üçün çıxış yolunu intihara meyl etməkdə görür. Həmçinin,  Rus yazıçısı Nikolay Karamzinin bu qəbildən olan “Yazıq Liza” hekayəsində Liza adlı bir gənc xanımın sevgi hekayəsindən, əks cinsin nümayəndəsi tərəfindən gənc xanımın başına gələn iztirablardan və sonda qadının intihara meylindən danışılır. İlk öncə kütləvi oxucu kütləsi qazanmış hər iki əsər sonralar bir sıra ölkələrdə nəşr edilməsi üçün qadağa statusu qazanır. Çünki, bu fonda olan bir sıra əsərlər varki oxucu əsəri oxuyanda öz həyatında baş verən psixloji və mənəvi düşüklük yaradan proseslər ilə  əsər qəhrəmanının həyatında baş verən prosesləri qarşılaşdıraraq eyniləşdirir və həyatının sonunu əsər qəhrəmanın yaşadığı sonluq kimi yaşayır.

Psixoloji analitik təhlillərə əsasən  bildirilir ki, insanı fiziki əziyyətdən daha çox mənəvi əzab tez məhv edir. Amma cəmiyyət unutmamalıdır ki, intihar mənəvi əzabdan qaçmaqvə mənəvi-psixoloji travmaların həlli istiqamətində atılan mühüm addım deyil. Bu proseslərə dini prizmadan yanaşsaq qeyd edə bilərik ki, sonuncu səmavi müqəddəs dinimiz İslam dininə görə də  Allah Təalanın verdiyi canın şəxsin özü və başqası tərəfindən alılnması haqq və halal deyildir.

 

 

 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə

Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin          

Məsləhətçisi Məmmədov Vüqar Rövşən oğlu

02.02.2021-ci il

 

 



Xəbəri paylaş

1500 dəfə oxunub.

Digər xəbərlər