Liberman Rusiya və Ukraynadan tədarük edilən neft və buğda üçün Azərbaycana uçur...
Tarix: 25-04-2022 | Saat: 13:22
Bölmə:Karusel / Siyasət | çapa göndər
1274 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-04-2022 | Saat: 13:22
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Son zamanlar Azərbaycan bütün dünyada böyük populyarlıq qazanıb"
"Beynəlxalq hüquq, tarixi faktlar nöqteyi- nəzərdən Dağlıq Qarabağ münaqişəsində həqiqət Azərbaycanın tərəfindədir"
Uğur əldə edildiyi təqdirdə çoxmiyardlı sazişlərin imzalanması gözlənilir
İsrailin maliyyə naziri Aviqdor Liberman bazar günü, aprelin 24- də yüksək vəzifəli nümayəndə heyətinin müşayiətilə Azərbaycana səfərə yollanır. Məqsəd oradan İsrailə əvvəllər Rusiyadan tədarük edilən neft məhsulları və sidik çövhəri tədarükü haqqında, habelə əvvəllər Ukraynadan tədarük edilən buğdanın tədarükü barədə razılaşmalar əldə etməkdir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Ynet" nəşri məlumat yayıb.
Xatırladaq ki, Azərbaycan İsrail üçün dost müsəlman ölkəsidir və onunla çoxdan bəri sıx ticarət əməkdaşlığı yaranıb.
Səfər zamanı İsrailin nümayəndə heyəti üç məsələni müzakirə etməyi planlaşdırıb:
1) Azərbaycan neftinin böyük miqdarda İsrailə ixracı (indiyədək İsrailin ən böyük neft məhsulları tədarükçüsü Rusiya olub, amma indi Azərbaycana yönəlmək qərara alınıb);
2) nəqliyyatın dizel növlərində- yük maşınları və avtobuslar üçün istifadə edilən sidik cövhərinin idxalı. Sidik cövhəri və ya karbamid- xüsusi kimyəvi maddədir, SCR- sistemli bütün dizel motorlarında Avro- 4 və Avro- 5 standartlara uyğundur.
3) buğda idxalı; indiyədək Rusiya ilə Ukraynanın payına İsrailə idxal edilən bu məhsulun 30 faizi düşüb.
Söhbət çoxmilyardlı şekel təşkil edəcək sazişlərdən gedir. İsraildə ümid edirlər ki, sazişlər təkcə imzalanmayacaq, həm də qısa zamanda gerçəkləşməyə başlayacaq.
Ukraynada müharibə iki aydır davam edir, tezliklə iqtisadçılar taxıl bitkiləri və gübrə çatışmazlığı barədə xəbərdarlıq edib.
Təəccüblü deyil ki, son zamanlar Azərbaycan dünyada böyük populyarlıq qazanıb: o, Rusiya və Ukraynadan asılı olan dövlətlər üçün alternativ xammal tədarükçüsü ola bilər.
İsraildən əlavə, bəzi Avropa ölkələri Azərbaycana müraciət edərək, Azərbaycan nefti və buğdasının idxalı barədə müqavilələr imzalayıb.
Defisit təhlükəsini nəzərə alaraq, maliyyə nazirliyinin baş iqtisadçısı Şira Qrinberq Libermana Azərbaycanla razılaşmalar əldə etməyi məsləhət görüb.
28 il ərzində Azərbaycan İsraildə ilk rəsmi nümayəndəliyini açır. Son illər İsrail ilə Azərbaycan müxtəlif sahələrdə sıx tərəfdaşlıq münasibətləri yaradıb. Dostluğun inkişafına Azərbaycanın müsəlman ölkəsi olması mane olmayıb. Düz bir il əvvəl, 21 aprel 2021- ci ildə münasibətlərin yeni mərhələsi başlanıb. İsraildə diplomatik statuslu ticarət nümayəndəliyinin və turizmin inkişafı üzrə rəsmi nümayəndəliyinin açılışı baş tutub. İsrail Azərbaycana humanitar yardım göndərib, Ermənistan bu təklifə cavab verməyib.
2020- ci ildə İsrail Azərbaycana Dağlıq Qarabağda hərbi əməliyyatlar zamanı zərərçəkənlərə humanitar yardım göstərib, həm də İsrail uzun zamandır ki, Azərbaycana silah və başqa ordu avadanlığı satır.
Görmə qabiliyyətini itirən Azərbaycan əsgərləri İsrail həkimlərinin sayəsində yenidən görmə qabiliyyətini bərpa edib.
2021- ci ildə İsrail həkimlərindən ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtına gəlib, bir həftə ərzində Dağlıq Qarabağda yaralanan 150 əsgərə yardım göstərib.
Müharibənin qızğın çağında Liberman Ermənistan- Azərbaycan münaqişəsi barədə bəyanat verərək, öz mövqeyini açıqlayıb.
O, izah edib ki, "beynəlxalq hüquq, tarixi faktlar və İsrailin maraqları nöqteyi- nəzərincə həqiqət Azərbaycanın tərəfindədir".
Münasibətlərin tarixçəsi
İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992- ci ildə yaradılıb. Bir il sonra Bakıda İsrailin səfirliyi açılıb. Lakin Azərbaycanın Təl- Əvivdə hələ də səfirliyi açılmayıb.
Bununla yanaşı, iki ölkə arasında həmişə isti münasibətlər dəstəklənib, təmaslar isə əsasən müdafiə sahəsində olub.
İsrail Azərbaycana müasir silahların ən iri tədarükçülərindən biridir.
İsrail mənbələri hesab edir ki, İsrail ilə Azərbaycanın yaxınlaşması iki məqamla bağlıdır.
Birincisi, Dağlıq Qarabağda müharibənin nəticələridir, İsrail silahı qələbənin əldə edilməsinə mühüm tövhə verib.
İkincisi, paralel olaraq İsrailin Azərbaycanın mühüm müttəfiqi olan Türkiyə ilə münasibətlərinin istiləşməsidir.
Bakıda bir il əvvəl anladılıb ki, Qüdslə Ankara arasında münasibətlərin nizamlanmasında vasitəçi olmağa hazırdırlar.
Hazırda, bir il sonra, İsrail ilə Türkiyə arasında münasibətlər həqiqətən yaxşılaşıb və iki ölkə prezidentləri arasında 2022- ci ilin martında Türkiyədə görüş baş tutub.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
31-03-2023, 09:43
Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımından 105 il ötür
4-02-2022, 19:05
Fatih Dönməz: "TANAP-ın maksimum gücdə istifadəsi üçün investisiya ilə bağlı təşəbbüsləri dəstəkləyirik"
26-05-2022, 12:38
Sabah 27 dərəcə isti olacaq
27-03-2024, 13:03
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
25-01-2022, 21:15
Azərbaycanla İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
15-12-2022, 16:34
Kəlbəcərdə minaya düşən texnikaların görüntüləri (FOTO)
25-12-2023, 14:06
Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün yol xəritəsi hazırlanıb
4-06-2021, 14:32
MTRŞ Kəlbəcərdəki hadisə ilə bağlı bəyanat yayıb - VİDEO
22-04-2022, 23:28
Prokurorluq Qubadlıda minaya düşən şəxslə bağlı məlumat yayıb
14-06-2022, 10:20
Bayden yenə prezidentliyə namizəd olacaq