Saytımızı qiymətləndirin


 
 

Azərbaycan separatçılara qarşı əməliyyata başlasa, ABŞ nə edəcək...
Tarix: 15-09-2023 | Saat: 15:27
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Azərbaycan separatçılara qarşı əməliyyata başlasa, ABŞ nə edəcək...

ABŞ-da Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr keçirilib. Qarabağ ermənilərinin vəziyyəti ilə bağlı keçirlən dinləmələrin təşəbübskarı Senatın beynəlxalq münasibətlər komitəsinin sədri Robert Menendes olub. Emənipərəst senator Azərbaycan əleyhinə bir sıra ittihamlar səsləndirib. Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kim isə onun Azərbaycanla bağlı ittihamlarını cavablandırarkən bildirib ki, “ABŞ “Qarabağ xalqı”na qarşı heç bir əməliyyata və hücuma dözməyəcəyik”.

Bununla bağlı məlumat Ermənistan KİV-lərində şadyanalıqla tirajlanmaqdadır. 


Məsələ ilə bağlı Qarabaqinfo.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Dövlət katibinin köməkçisinin fikirlərini belə şərh edib:


“Bir çox çıxışlarda bu və ya digər məsələlər təhrif olunur. Çünki “Qarabağ xalqı” ifadəsi  ABŞ Dövlət Departmenti tərəfindən heç vaxt istifadə olunmur. Doğrudan da, sözügedən fikirlər ifadə olunubsa belə, bunun Ermənistan-Azərbaycan münaqişəsinə aidiyyəti yoxdur. Rusiya və ABŞ Ermənistana görə açıq rəqabətdədir. Orada səslənən fikirlər də bu rəqabətə yönəlib. Rusiya Ermənistan böhranından istifadə edir.  ABŞ Dövlət Departmentinin nümayəndəsi Ermənistana ABŞ-ı daha cəlbedici göstərmək istədiyi üçün belə çıxış edə bilər. Mən bu informasiyaları erməni mənbələrində gördüyümə görə, həqiqətən bu fikirlərin səsləndirilib-səsləndirilmədiyinə şübhə edirəm. Bu fikirlərin Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur".
 

Sabiq nazir Amerikada lobbiçiliyin bir növ biznes olduğunu qeyd edib:

"Müxtəlif lobbi şirkətlərinə pul ödənilir. İstənilən bəyanatları konqresmenlər təşkil edirlər. Burada heç bir problem yoxdur. Senatın xarici siyasətə təsiri onsuz da birbaşa deyil. Senat bəzən xarici siyasətlə əlaqədar məsələlərdə dövlətin yox, bu və ya digər lobbiçilik şirkətlərinin təsiri altında bəyanat verməklə məşğuldur. Bunu birinci dəfə eşitməmişik. Belə siyasi şounu erməni diasporu pulla təşkil edib. Ona çox da böyük önəm verməyə ehtiyac yoxdur".


Siyasi şərhçi  Asif Nərimanlı isə ABŞ dövlət katibinin köməkçisi Yuri Kimin çıxışına belə reaksiya verib:


"Birincisi, “Qarabağ xalqı” yoxdur, Qarabağda erməni əhalisi var: Yuri Kimin fikirlərini ABŞ-ın Cənubi Qafqaz siyasətində son günlər anti-Rusiya mövqeyini gücləndirən Ermənistana ağırlıq verməsindən irəli gələn mövqe hesab etmək olar. Digər yandan, Azərbaycan Qarabağdakı erməni əhalisinə yox, separatçılara və qanunsuz silahlı dəstələrə qarşı əməliyyat keçirə bilər. Bu, artıq qaçılmaz prosesdir və olmayacağı müddətdə problem həllini tapmayacaq, o baxımdan, alternativ yol qalmayıb".

A.Nərimanlı onu da deyib ki, ABŞ Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə edə bilməz:


"Azərbaycana qarşı bəyanat verməkdən başqa heç nə etməyəcəklər, çünki Vaşinqton İrəvana rəğmən, Ankara faktorunu və Bakı ilə münasibətləri kənara qoymayacaq. Azərbaycan separatçılara qarşı əməliyyata başlasa, Vaşinqton, eləcə də digər mərkəzlər eyni tipli bəyanatlar, açıqlamalar verəcək, lakin praktiki müstəvidə nəticəyə təsir edə biləcək addım atacaqları gözləntisi azdır".Modern.az



Xəbəri paylaş

1148 dəfə oxunub.

Digər xəbərlər