“Ermənistan-Rusiya münasibətlərində müəyyən problemlər var, İrəvan və Moskva onların həlli üçün dialoq aparır”.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Əl-Cəzirə”yə müsahibəsində deyib.
“Ermənistan-Rusiya münasibətləri kontekstində müəyyən problemlər və məsələlər var. Bəli, bizim bu məsələlərlə bağlı dialoqumuz var. Tam qarşılıqlı anlaşma tələb edən məsələlər var, amma hesab edirəm ki, belə problemlər bütün münasibətlərdə mövcuddur”, – Mirzoyan bildirib.