Saytımızı qiymətləndirin


 
 

Merz: Hökumət avtomobil sənayesini sabitləşdirmək üçün bütün imkanlardan istifadə edir
Tarix: 20-07-2026 | Saat: 09:33
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya kansleri Fridrix Merz

 

Almaniya kansleri Fridrix Merz hökumətin ölkənin avtomobil sənayesini yenidən sabitləşdirmək və rəqabət qabiliyyətini artırmaq üçün bütün mümkün addımları atdığını bildirib.

Bu barədə o, ZDF telekanalına müsahibəsində danışıb.

Merz qeyd edib ki, hazırda avtomobil sənayesi Almaniya iqtisadiyyatının ən çətin vəziyyətdə olan sahəsidir. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasına enerji qiymətlərinin artması ilə yanaşı, Çin avtomobillərinin dövlət subsidiyaları hesabına Avropa bazarında güclənməsi də təsir göstərib.

Kansler bildirib ki, bu məsələni Fransa hökuməti ilə də müzakirə edib və hazırda Almaniya ilə Fransa Avropa avtomobil sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün birgə strategiya hazırlayırlar. O vurğulayıb ki, hökumət bu prosesdən təsirlənən şirkətlər və işçilərlə dialoqu davam etdirəcək.



Xəbəri paylaş

66 dəfə oxunub.

Digər xəbərlər