Saytımızı qiymətləndirin


 
 

“Moskva” kreyserini Ukrayna vurub - Pentaqon
Tarix: 16-04-2022 | Saat: 00:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

 “Moskva” kreyserini Ukrayna vurub - Pentaqon

Qara dənizdə batan Rusiyanın "Moskva" raket kreyseri Ukrayna tərəfindən vurulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli rəsmisi bildirib.

Adı açıqlanmayan şəxs qeyd edib ki, gəmi "Neptun" raketlərinin zərbələri nəticəsində batıb. Məlumata görə, "Moskva" raket kreyseri Oddessadan 60-65 dəniz mili cənubunda vurulub.

Qeyd edək ki, Rusiyanın Qara dənizdəki "Moskva" raket kreyseri iki gün öncə vurulub. Ukrayna tərəfi kreyseri özünün istehsal etdiyi "Neptun" raketləri ilə vurduğunu bildirib. Bir çox ekspertlər isə “Moskva”nın Böyük Britaniyanın Kiyevə verdiyi "Harpoon" raketləri ilə məhv edildiyini deyirlər.

Kreml hələ ki gəminin vurulduğunu etiraf etmir. Rusiya Müdafiə Nazirliyi kreyserin “səbəbi araşdırılan yanğın" səbəbindən döyüş sursatının detonasiya etməsi nəticəsində ciddi xəsarətlər aldığını və sahilə çəkilərkən batdığını iddia edir. 



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər