Saytımızı qiymətləndirin


 
 

Quterreş: "Yüksək ərzaq və enerji qiymətləri 94 ölkəni böhranla təhdid edir"
Tarix: 13-07-2022 | Saat: 18:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Quterreş: "Yüksək ərzaq və enerji qiymətləri 94 ölkəni böhranla təhdid edir"

“1,6 milyard insanın yaşadığı 94 ölkə ərzaq və enerji qiymətlərində kəskin artımların və maliyyə imkanlarının aşağı olmasının yaratdığı fırtına ilə üz-üzədir”.

Qarabaginfo.az BMT-nin saytına istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş BMT-nin İqtisadi və Sosial Şurasının yüksək səviyyəli siyasi forumunun açılışında çıxışı zamanı deyib.

 

Baş katib bu il dünyanın bir çox yerində çox ciddi qıtlıq riskinin olduğunu vurğulayıb: “Əgər gübrə çatışmazlığı əsas bitkilərin, o cümlədən çəltik bitkilərinin məhsuldarlığına təsir etsə, gələn il daha da pis ola bilər”.

Dünyanın üzləşdiyi iqtisadi sosial problemlərə toxunan BMT Baş katibi bildirib ki, bu gün işçilərin 60 faizinin real gəlirləri pandemiyadan əvvəlkindən daha aşağıdır; inkişaf etməkdə olan ölkələr sosial müdafiə boşluğunu doldurmaq üçün ildə 1,2 trilyon dollardan məhrumdur; inkişaf etməkdə olan iqtisadiyyatların 60 faizi hazırda borc sıxıntısı içərisindədir və ya yüksək risk altındadır; evlərini tərk etmək məcburiyyətində qalan insanların sayı 100 milyona çatıb ki, bu da Birləşmiş Millətlər Təşkilatının yaradılmasından bəri ən yüksək rəqəmdir.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər