Saytımızı qiymətləndirin


 
 

Papuaşvili ATƏT PA-nı Gürcüstana qarşı ədalətsizlikdə ittiham edib
Tarix: 08-07-2026 | Saat: 16:46
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

 

"Gürcüstana qarşı qəsdən törədilən ədalətsizlik mövcud beynəlxalq əməkdaşlıq və təhlükəsizlik sisteminin kökündən yenidənqurma tələb etdiyini açıq şəkildə göstərir".

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Facebook" səhifəsində ATƏT PA-da bu gün ölkə ilə bağlı qəbul edilmiş tənqidi qətnaməyə şərhində yazıb.

Onun sözlərinə görə, beynəlxalq nizamın al-üst olunması faktını yeni qaynar müharibələrdən daha çox beynəlxalq təşkilatların siyasi müharibələr arenasına çevrilməsi təsdiqləyir.

"İkinci Dünya müharibəsindən sonra yaradılan və sülh, harmoniya və əməkdaşlığın təşviqatçıları olmalı olan təşkilatlar şəbəkəsi bu gün ayrı-ayrı siyasi qrupların əlində münaqişələri qızışdırmaq və siyasi qisas almaq üçün bir arenaya çevrilib. ”, - spiker yazıb.



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər