Saytımızı qiymətləndirin


 
 

KİV: "Gerald R. Ford" təyyarədaşıyan gəmisinin təmiri bir il çəkə bilər
Tarix: 05-06-2026 | Saat: 08:07
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

KİV: "Gerald R. Ford" təyyarədaşıyan gəmisinin təmiri bir il çəkə bilər

ABŞ ordusunun təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford”un təmiri bir il çəkə bilər. Çünki gəmi İrana qarşı hərbi əməliyyat zamanı əvvəllər etiraf ediləndən daha çox ziyana məruz qalıb.

Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Mart ayında təyyarədaşıyan gəmidə baş verən yanğının Hərbi Dəniz Qüvvələrinin rəsmi açıqlamasında iddia ediləndən daha ciddi və dağıdıcı olduğu bildirilir.

ABŞ-ın yüksək vəzifəli bir rəsmisinin sözlərinə görə, təyyarədaşıyan gəminin yanğınsöndürmə sistemi sıradan çıxıb və dənizçiləri alovla özləri mübarizə aparmağa məcbur edib. Yanğını yalnız 30 saatdan sonra söndürmək mümkün olub.

CNN-in məlumatına görə, digər problem təyyarədaşıyan gəminin kanalizasiya sisteminin sıradan çıxması olub.

Qeyd edək ki, “USS Gerald R. Ford” rekord 11 ay müddəti ərzində dənizdə qaldıqdan sonra may ayında Virciniya ştatının Norfolk şəhərindəki limana qayıdıb.



Xəbəri paylaş

11 dəfə oxunub.

Digər xəbərlər