Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb.

Qarabaginfo.az Lent.az-a istinadən xəbər verir ki,  hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar.

Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib.

Hazırda faktla bağlı araşdırmalar gedir.