Saytımızı qiymətləndirin


 
 

Xankəndində idarəetmə necə olacaq...
Tarix: 10-11-2020 | Saat: 11:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

İkinci Qarabağ savaşından  Azərbaycan qalib dövlət kimi ayrıldı.

Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.

Ali Baş Komandan noyabrın 10-da xalqa müraciət edərək, imzalanmış üçtərəfli bəyanat barədə danışıb. Bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalayıblar.

Maaraqlı məqamlardan biri Xankəndidə idarəetmənin necə olacağı ilə bağlıdır.

Milli Məclisin komitə sədri Tahir Rzayev açıqlamasında qeyd edib ki, Xankəndidə bələdiyyə formasında da idarəetmə yaradıla bilər:


“Biz o haqda hələ fikirləşəcəyik. Cənab Prezident müsahibələrində deyib ki, hər şey Ermənistanın bundan sonrakı mövqeyindən asılıdır. Sözsüz ki, ermənilərə Xankəndidə geniş muxtariyyət verilməyəcək. Çünki ermənilər sülh yolu ilə bu torpaqları versəydilər, onların haqqı var idi ki, orada muxtariyyət qazansınlar. Ancaq biz o torpaqları qanımız bahasına aldıq. Qanımız bahasına aldğımız şəkildə onlara geniş muxtariyyət verilə bilməz”.


Xankəndidə icra başçısının azərbaycanlı olub-olmayacağına gəlincə, Tahir Rzayev bunun əhalinin sayı ilə müəyyən ediləcəyini bildirib:


“Sovet dövründə Birinci katib erməni idisə, müavinlərindən biri azərbaycanlı olurdu. Bütün idarəetmələrdə çoxluğu təşkil edənlər seçilirdi. Düşünürəm ki, ermənilər bu vəziyyətdən sonra orada qala bilməyəcəklər. Qalsalar da ancaq yaşlı insanlar qalacaq. Çünki bu qanlı müharibədən sonra ermənilər orada yaşamaq istəməyəcək. Ancaq ölkə Prezidenti dəfələrlə deyib ki, onlar bizim vətəndaşlarımızdır. Biz də vətəndaşlarımıza sayğı ilə yanaşacağıq. Onların bütün təminatları ödəniləcək”.

Modern.az



Xəbəri paylaş

392 dəfə oxunub.

Digər xəbərlər