Tarix: 24-12-2021 | Saat: 16:19
Bölmə:Karusel / Dünya | çapa göndər
“NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi böyük təhdiddir və mövcud gərginliyi artıra bilər”.
Qarabaginfo.az “Haberturk”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirb.
“Kiyevi NATO-ya daxil etmək prosesi Rusiyanın təhlükəsizliyinə qarşı qəbuledilməz təhdidlər yaradır. Bu vəziyyət Avropada böyük bir qarşıdurmaya qədər gedə bilər. Bu bütün tərəflər üçün ciddi hərbi risklər yaradır”, - S.Lavrov deyib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmasına qarşı olduğunu və ölkəsi üçün təhlükə yaratdığını demişdi: “ABŞ və NATO-nun raket sistemləri Ukraynada peyda olarsa, onda onların Moskvaya uçuş müddəti 7-10 dəqiqəyə, hipersəs silahlarının yerləşdirilməsi ilə isə 5 dəqiqəyə qədər azalacaq. Bu, bizim üçün ən ciddi çağırışdır - təhlükəsizliyimizə çağırışdır”.
Digər xəbərlər