Ana Sayfa > Karusel / Dünya > Lavrov: "NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi mövcud gərginliyi artıra bilər"

Lavrov: "NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi mövcud gərginliyi artıra bilər"


24-12-2021, 16:19. Yazar: Admin

 

Lavrov: NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi mövcud gərginliyi artıra bilər

“NATO-nun raketlərini Rusiya sərhədlərinə yerləşdirməsi böyük təhdiddir və mövcud gərginliyi artıra bilər”.

Qarabaginfo.az “Haberturk”ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirb.

“Kiyevi NATO-ya daxil etmək prosesi Rusiyanın təhlükəsizliyinə qarşı qəbuledilməz təhdidlər yaradır. Bu vəziyyət Avropada böyük bir qarşıdurmaya qədər gedə bilər. Bu bütün tərəflər üçün ciddi hərbi risklər yaradır”, - S.Lavrov deyib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzv olmasına qarşı olduğunu və ölkəsi üçün təhlükə yaratdığını demişdi: “ABŞ və NATO-nun raket sistemləri Ukraynada peyda olarsa, onda onların Moskvaya uçuş müddəti 7-10 dəqiqəyə, hipersəs silahlarının yerləşdirilməsi ilə isə 5 dəqiqəyə qədər azalacaq. Bu, bizim üçün ən ciddi çağırışdır - təhlükəsizliyimizə çağırışdır”.


Geri dön