Saytımızı qiymətləndirin


 
 

Pentaqon Putinin psixi sağlamlığı ilə bağlı rəy hazırlayıb- Klinik psixoloq hansı nəticəyə gəlib?
Tarix: 14-09-2023 | Saat: 16:21
Bölmə:Karusel / Dünya | çapa göndər

“Qəzəb, nifrət, ikrah hissi var, lakin qorxu yoxdur”.

Qarabaginfo.az xəbər verir ki, bu, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxilədən əvvəl və sonra çıxışlarını təhlil edən amerikalı klinik psixoloq Nirit Pisanonun gəldiyi nəticələridir.

Pisano bu nəticələri Pentaqon üçün hazırlayıb və onları ABŞ Strateji Komandanlığının keçirdiyi konfarnsın 700 iştirakçısı ilə bölüşüb.

Pisanonun aparıcı psixoloq kimi işlədiyi “Cognovi Labs” insanların qərarlarına nəyin səbəb olduğunu anlamaq, onların emosiyalarını qiymətləndirmək üçün süni intellekt və davranış psixologiyasından istifadə edir. Putinin işində “Cognovi Labs” onun 21 və 24 fevral 2022-ci il tarixlərindəki çıxışlarını, həmçinin bir il və ya daha çox sonra bir neçə çıxışını, 21 fevral 2023-cü ildə Federal Məclisə müraciətini və sentyabrın 4-də Türkiyə prezidenti ilə keçirdiyi mətbuat konfransını təhlil edib.

Putinin Ukraynanın işğalı ərəfəsində və həmin gün Rusiya vətəndaşlarına iki müraciətində əsas emosiyalar qəzəb, ikrah və nifrət olub. Pisano bu emosiyaların Putində təzahürünü əsas baza adlandırır.

Eyni zamanda, fevralın 24-də Putin qoşun yeridildiyini elan edərkən çıxışda inam və ümid nəzərəçarpacaq dərəcədə artıb. Pisano deyir ki, o, inam səviyyəsini artırdıqca uğurlu nəticəyə ümid emosional olaraq daha qətiyyətli və möhkəm oldu.

Hərbi əməliyyatlar plana uyğun getməsə də, bu, Putinin emosional mövqeyini və müharibəni davam etdirmək istəyini dəyişmədi: “İşğaldan bir il sonra Federal Məclisə müraciətində Putinin çıxışlarında ümid, eyni zamanda qəzəb, ikrah, nifrət və inam üstünlük təşkil edirdi”.

Putinin “taxıl sazişi”ni uzatmaqdan imtina etdiyi Ərdoğanla bu yaxınlarda keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında eyni emosiyalar toplusu qeyd olunur.

“Kremlə qarşı çıxan ölkələrin hərbçiləri və siyasətçiləri baxımından xüsusilə vacib olan odur ki, Putinin bütün çıxışlarında qətiyyən qorxu yox idi”, – Pisano qeyd edir.



Xəbəri paylaş

1125 dəfə oxunub.

Digər xəbərlər