Saytımızı qiymətləndirin


 
 

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Tarix: 27-08-2026 | Saat: 20:25
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bakının 5 küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Qarabaginfo.az-a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, məhdudiyyətlər aşağıdakı ünvanlarda tətbiq olunacaq:

- Suraxanı rayonu, Günəşli qəsəbəsi, İlqar Musayev küçəsində – avqustun 27-si saat 22:00-dan;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsində – avqustun 27-si saat 22:00-dan;

- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində – avqustun 28-i saat 20:00-dan;

- Ceyhun Hacıbəyli küçəsinin Hənifə Ələsgərov küçəsindən Mixail Kaveroçkin küçəsinədək olan 600 metrlik hissəsində – avqustun 28-i saat 20:00-dan;

- Mixail Kaveroçkin küçəsinin Ceyhun Hacıbəyli küçəsindən Ü. Bünyadzadə küçəsinədək olan hissəsində – avqustun 31-i saat 16:00-dan.

 



Xəbəri paylaş

56 dəfə oxunub.

Digər xəbərlər