Saytımızı qiymətləndirin


 
 

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü keçirilə bilər
Tarix: 28-12-2021 | Saat: 13:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti olacaq.

Rusiya prezidenti Vladimir Putinin sədrlik edəcəyi sammit çərçivəsində Azərbaycan və Ermənistan ıliderləri İlham Əliyevlə Nikol Paşinyanın ayrıca görüşü də gözlənilir.


Qarabaginfo.az-ın məlumatına görə, siyasi şərhçi Asif Nərimanlı bildirib ki, görüşlə bağlı iki informasiya irəli sürülür.


“Birincisi, geniştərkibli olacağına dairdir: müdafiə nazirləri, üçtərəfli İşçi Qrupunun üzvləri və xarici işlər nazirləri də iştirak edə bilər;

İkincisi, üçtərəfli olacağına dairdir: Putin, Əliyev və Paşinyan görüşəcək;

Geniştərkibli görüş iddiası üçtərəfli görüşlə müqayisədə daha az inandırıcıdır. Lakin hər iki formatda qurulacaq masanın gündəliyinin eyni olması ehtimalı böyükdür”.


Ekspertin sözlərinə görə, üçtərəfli görüş reallaşarsa, orada sərhədin delimitasiya və demarkasiyası üzrə razılaşmanın praktiki mərhələyə keçirilməsi müzakirə olunacaq:


“Bura delimitasiya müqaviləsinin hazırlanması və demarkasiya üzrə ikitərəfli komissyanın yaradılması daxildir; Putin sərhədlə bağlı ilin sonuna qədər mexanizmlərin hazırlanması ilə bağlı dedikləri, Paşinyanın son açıqlamaları da da bu fikri gücləndirir;

Bundan başqa, kommunikasiyanın açılması ilə bağlı Soçi və Brüssel razılaşmaların, praktiki mərhələdə atılacaq addımların müzakirə edilməsi gözlənilir;

Həmçinin yekun sülh sazişi də… Brüssel görüşündən sonra Putin Rusiyanın vasitəçilik missiyasını daha da qətiləşdirmək üçün bu məsələni də ümumi kontekstdə gündəmə gətirə bilər.

Mümkün görüşün əsas məqsədi razılaşmaların praktiki mərhələdə həyata keçirilməsinin müzakirəsidir”.



Xəbəri paylaş

244 dəfə oxunub.

Digər xəbərlər