Ölkəmizdə 51 ali təhsil müəssisəsi, o cümlədən 40 dövlət (ondan 7-si ali xüsusi təyinatlı təhsil müəssisəsi), 11 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir.

Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Bildirilib ki, həmin ali təhsil müəssisələrinin 9-u ölkənin ayrı-ayrı region və şəhərlərində (Gəncə, Sumqayıt, Naxçıvan, Mingəçevir, Lənkəran) yerləşir. Bundan əlavə 3 dövlət ali təhsil müəssisəsinin 7 filialı respublikanın ayrı-ayrı şəhər və rayonlarında fəaliyyətdədir.

Bakı şəhərində yerləşən ali məktəblərin və regional əhəmiyyətli tədris müassisələrinin ölkənin digər bölgələrinə köçürülməsi məsələsinə müvafiq hesablamalar aparıldıqdan və iqtisadi-siyasi əhəmiyyəti dəyərləndirildikdən sonra baxıla bilər. Odur ki, Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin şəhər mərkəzindən kənara köçürülməsi ilə bağlı yeni kampusların inşası məsələsi müzakira olunmur.