Saytımızı qiymətləndirin


 
 

Şamaxıdakı qəzada yaralananların vəziyyəti açıqlandı
Tarix: 13-06-2022 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şamaxıdakı qəzada yaralananların vəziyyəti açıqlandı

 

Bakı-Şamaxı yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

Qarabaginfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər sol topuqda sınıq, inci sümüyünün dəyişmiş sınığı diaqnozu ilə Bakı şəhərində yerləşən və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisəsində əməliyyat ediləcək.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozları qoyulub, TƏBİB-in tabeliyində fəaliyyət göstərən xəstəxanaya gətirilsələr də, daha sonra ailələrinin istəyi ilə paytaxtda fəaliyyət göstərən özəl xəstəxanaya yerləşdiriliblər.



Xəbəri paylaş

251 dəfə oxunub.

Digər xəbərlər