Tarix: 08-02-2022 | Saat: 10:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinə köçürülüb.
Qarabaginfo.az-ın məlumatına görə, bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib.
O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini Müalicə müəssisəsində davam etdirir.
Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
Daha sonra Qoca Səmədov kassasiya şikayəti verib.
Digər xəbərlər