Ana Sayfa > Karusel / Gündəm > Qoca Səmədov Müalicə müəssisəsinə köçürülüb
Qoca Səmədov Müalicə müəssisəsinə köçürülüb8-02-2022, 10:18. Yazar: Admin |
Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinə köçürülüb. Qarabaginfo.az-ın məlumatına görə, bu barədə "Report"a onun vəkili Elnur Vəliyev məlumat verib. O bildirib ki, keçmiş icra başçısının hazırda səhhəti yaxşı deyil və müalicəsini Müalicə müəssisəsində davam etdirir. Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib. Daha sonra Qoca Səmədov kassasiya şikayəti verib. Geri dön |