Saytımızı qiymətləndirin


 
 

“Aşot Paşinyanı Cəbrayıldan çıxarmaq üçün İcevan alayından 1200 nəfər öldürüldü” - ŞOK AÇIQLAMA
Tarix: 25-05-2021 | Saat: 08:59
Bölmə:Karusel / Region | çapa göndər

“Aşot Paşinyanı Cəbrayıldan çıxarmaq üçün İcevan alayından 1200 nəfər öldürüldü” - ŞOK AÇIQLAMA

“Paşinyanın “döyüşən” oğlu Aşot Paşinyanı Cəbrayıldan çıxarmaq üçün İcevan alayından 1200 nəfər öldürülüb”.

Qarabaginfo.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə 44 günlük müharibədə “könüllü” döyüşmüş Artur Ayvazyan danışıb. Daha sonra o, şok açıqlamalar verib:

“Nikol Paşinyan oğlu Aşotun Qarabağda vuruşması ilə bağlı az qala hər gün danışır, bunu xüsusilə vurğulayırdı. Aşot Paşinyan Ermənistanın müxtəlif telekanallarının “gənc ulduz”una çevrilmişdi. O, gah əlində avtomat səngərdə o yan bu yana qaçır, gah durub binoklla “azərbaycanlıların mövqeləri”nə baxır, gah da “Ermənistan ordusunun şücaəti”ndən, “erməni könüllülərin qəhrəmanlığı”ndan bəhs edirdi.

Ermənistan vətəndaşlarının çoxu bu görüntülərin təbliğat olduğunu düşünsələr də, İrəvanın təbliğat maşını “kiçik Paşinyan”ı qəhrəman obrazına çevirməyə çan atırdı.

Əslində isə hər şey başqa cür idi. Aşot xüsusi qorunurdu, Nikol Paşinyanın göstərişinə əsasən, oğlu yalnız “xüsusi çəkilişlər” üçün Qarabağa aparılir, çəkiliş başa çatan kimi geri qaytarılırdı. Onu Cəbrayıldan çıxarmaq üçün İcevan alayından 1200 nəfər öldürüldü.

Bu, bir xəyanətdir, bu insanlar zirehli maşınlar olmadan, hava hücumundan müdafiə sistemləri olmadan qırğına göndərildi”./Konkret.az



Xəbəri paylaş

1316 dəfə oxunub.

Digər xəbərlər