Saytımızı qiymətləndirin


 
 

Ekspert: Dayanıqlı şəhərlər üçün planlaşdırma çoxşaxəli olmalıdır
Tarix: 21-05-2026 | Saat: 16:25
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Boqota şəhərinin planlaşdırma üzrə sabiq katibi Maria Mercedes Jaramillo

 

Dayanıqlı şəhərlər üçün planlaşdırma çoxşaxəli olmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bunu Boqota şəhərinin planlaşdırma üzrə sabiq katibi Maria Mercedes Jaramillo WUF13 çərçivəsində keçirilən "Qlobal mənzil böhranının həlli: Müxtəlif peşə və sahələr üzrə potensial çatışmazlıqlarının aradan qaldırılması yolu ilə dayanıqlı və uyğun mənzil təminatının inkişafı" mövzusunda dəyirmi masada deyib.

“Dayanıqlı icmaların qurulması biz mütəxəssislərdən yeni yanaşmalar tələb edir”, - o vurğulayıb.

Jaramillo bildirib ki, şəhərsalma yalnız mənzil məsələləri ilə məhdudlaşmamalıdır: “Mənzil problemini məşğulluq, nəqliyyat, ərzaq, enerji və su təhlükəsizliyini planlaşdırmadan həll etmək mümkün deyil”.

Onun sözlərinə görə, planlaşdırma həm də çoxsəviyyəli yanaşma tələb edir: “Gündəlik həyatımız qlobal, regional və metropolitan şərtlərdən asılı olduğu qədər, insanlara, xidmətlərə və məkanlara yaxınlıqdan da asılıdır”.

Jaramillo vurğulayıb ki, dünya hazırda sistemli böhran dövründən keçir.

Şəhərlərin dayanıqlılığı mövzusuna toxunan ekspert qeyd edib ki, urbanistika çox zaman şəhərləri təcrid olunmuş məkan kimi nəzərdən keçirir: “Şəhərlər içdiyimiz suyu, yediyimiz qidanı və istifadə etdiyimiz enerjini istehsal etmir. Amma şəhərsalma hələ də şəhəri sərhədlərlə məhdudlaşan obyekt kimi qəbul edir”.

Maria Mercedes Jaramillo Baqotada çalışdığı dövrə də toxunub: “Dünyanın ən mürəkkəb, qeyri-bərabər və iqlim risklərinə açıq şəhərlərindən biri olan Boqotada planlaşdırma üzrə katib kimi çalışdıqdan sonra bilirəm ki, şəhərlərin təhlükəsiz və dayanıqlı olması üçün təkcə ənənəvi şəhər planlaşdırması kifayət deyil”.



Xəbəri paylaş

36 dəfə oxunub.

Digər xəbərlər