Tarix: 14-05-2026 | Saat: 16:04
Bölmə:Karusel / Siyasət | çapa göndər
Latviyanın Baş naziri Evika Silinya ölkənin hava məkanında dron hadisəsi ilə bağlı hökumət böhranı fonunda istefa verib.
Bu barədə LSM telekanalı məlumat yayıb.
Silinya istefasını bu gün elan edib. O, istefasını çətin, lakin ədalətli qərar adlandırıb.
“Mən vəzifədən gedirəm, amma siyasətdən yox”, - sabiq Baş nazir vurğulayıb.
Bütün hökumət onunla birlikdə istefa verib. Silinyanın rəhbərlik etdiyi Nazirlər Kabineti yeni hökumət qurulana qədər işini davam etdirəcək.
Qeyd edək ki, Latviyada 7 may gecəsi Rusiya istiqamətindən ölkənin hava məkanına iki dronun daxil olduğu bildirilib. Bu, sonradan siyasi böhrana səbəb olub. Vurulan dronlardan biri Rezekne şəhərindəki neft anbarındakı boş saxlama çənlərinə düşüb. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa daha sonra Ukrayna dronlarının Latviyaya Rusiyanın elektron müharibə sistemləri nəticəsində uçduğunu və bunun “Ukrayna dronlarını Rusiyadakı hədəflərindən qəsdən yayındırdığını” bildirib.
10 mayda isə Latviyanın müdafiə naziri Andris Spruds istefa verib. O, “Latviya ordusunu siyasi kampaniyaya cəlb olunmaqdan qorumaq üçün” müdafiə naziri vəzifəsindən istefa vermək qərarına gəldiyini qeyd edib. Silinya Sprudsun ictimaiyyətin etimadını itirdiyini deyib. Onun sözlərinə görə, dron hadisəsi hərbi rəhbərliyin “təhlükəsiz səma vədini yerinə yetirmədiyini” göstərib.
Digər xəbərlər



















