Tarix: 30-10-2025 | Saat: 13:54
Bölmə:Karusel / Region | çapa göndər
Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanov Gürcüstana ilk rəsmi səfərini edib.
Qarabaginfo.az xəbər verir ki, o, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.
Tərəflər Gürcüstanla Qazaxıstan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığı və parlament əlaqələrinin daha da gücləndirilməsi imkanlarını müzakirə ediblər.
Görüşdə bildirilib ki, Gürcüstan və Qazaxıstan İpək Yolu ölkələridir və bu gün iki ölkə arasında əməkdaşlıq Orta Dəhlizin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd olunub ki, məhz bu dəhliz qlobal ticarət üçün bir çox imkanlar yaradır.
Koşanovu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də qəbul edib. Görüşdə əsas diqqət siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşməsinə yönəldilib.
Kavelaşvili Gürcüstanın Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin potensialından daha yaxşı istifadəyə, region ölkələri üçün daha böyük rifahın yaradılmasına töhfə verməyə hazır olduğunu bildirib.
Digər xəbərlər
















%20(4):1200.jpg)


