Tarix: 27-08-2021 | Saat: 16:06
Bölmə:Karusel / İdman | çapa göndər
Konfrans Liqasında qrup mərhələsinin püşkü atılıb.
Qarabaginfo.az-ın məlumatına görə, tədbirdə “Qarabağ”ın avrokuboklardakı növbəti qəribləri bəlli olub.
Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi H qrupunda mübarizə aparacaq. Qurban Qurbanovun yetirmələri “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə görüşəcək.
Ümumilikdə, ilk dəfə təşkil olunan turnirdə mübarizə aparan 32 komanda 8 qrupa bölünüb. Avropanın 3-cü dərəcəli klub turnirində qrup mərhələsi sentyabrın 16-da başlayacaq.
A qrupu
LASK (Avstriya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Alaşkert” (Ermənistan)
HİK (Finlandiya)
B qrupu
“Gent” (Belçika)
“Partizan” (Serbiya)
“Flora” (Estoniya)
“Anortosis” (Kipr)
C qrupu
“Roma” (İtaliya)
“Zarya” (Ukrayna)
MOİK (Bolqarıstan)
“Bodo Qlimt” (Norveç)
D qrupu
“Alkmaar” (Niderland)
ÇFR (Rumıniya)
“Yablonets” (Çexiya)
“Randers” (Danimarka)
E qrupu
“Slaviya” (Çexiya)
“Feyenord” (Niderland)
“Union” (Almaniya)
“Makkabi” (Hayfa, İsrail)
F qrupu
“Kopenhagen” (Danimarka)
PAOK (Yunanıstan)
“Slovan” (Slovakiya)
“Linkoln” (Cəbəllütariq)
G qrupu
“Tottenhem” (İngiltərə)
“Renn” (Fransa)
“Vitess” (Niderland)
“Mura” (Sloveniya)
H qrupu
“Bazel” (İsveçrə)
“Qarabağ” (Azərbaycan)
“Kayrat” (Qazaxıstan)
“Omoniya” (Kipr)
Digər xəbərlər