Tarix: 09-10-2021 | Saat: 18:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı bu gündən etibarən qapılarını ziyarətçilərin üzünə açıb.
Qarabaginfo.az-ın xəbərinə görə, Bakı Zooloji Parkının ilk ziyarətçiləri uşaq evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub. Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva bildirib ki, parka giriş qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər, I, II, III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. 3 yaşa qədər uşaqlar üçün də giriş pulsuz olacaq.
Zooparkda kassa hər gün səhər saat 10:00-dan axşam saat 17:30-a kimi açıq olacaq.
Yenidən qurulan Bakı Zooloji Parkının qapalı məkanlarına - akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq.
Onu da qeyd edək ki, Bakı Zooloji Parkının ərazisi isə iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb.(Apa)
Digər xəbərlər