Tarix: 12-04-2021 | Saat: 16:47
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
“Şuşanı bax bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi".
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edərkən çıxışı zamanı deyib.
Prezident Hərbi Qənimətlər Parkındakı “İsgəndər-M” raketlərinin qalıqlarını nəzərdə tutaraq deyib ki, artıq Azərbaycanın əlində əyani sübutlar var .
"Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün”.
İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra Ermənistan “İskəndər-M” rakatelərindən istifadə edərək, Şuşanı dağıtmağa çalışıb.
"Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik”, - Prezident deyib.
Digər xəbərlər