Saytımızı qiymətləndirin


 
 

Ermənilər Fransadan Laçına "sülhməramlı qoşun yeritməsini" tələb etdi...-VİDEO
Tarix: 05-08-2022 | Saat: 17:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənilər Fransadan Laçına
Qarabağdan Ermənistana köçmüş ermənilər Rusiya və Fransanın Ermənistandakı səfirlikləri qarşısında Qarabadakı ermənilərin təhlükəsizliyinin təmin edilməsi tələbi ilə etiraz aksiyası keçiriblər.
Qarabaginfo.az xəbər verir ki, bu haqda "ArmenianReport" məlumat yayıb.
Aksiyanın təşkilatçılarından biri, “Hadrut naminə” qeyri-hökumət təşkilatının sədri Levon Hayriyan “Armenia Today”-in müxbirinə müsahibəsində qeyd edib ki, aksiya iştirakçıları Rusiya və Fransa səfirlərinə məktublar göndəriblər.  Məktublarda "Qarabağın təhlükəsizliyini təmin etmək və ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi öz öhdəliklərini yerinə yetirmək üçün tədbirlər görmək" tələb olunur.
 
Onlar həmçinin Fransanın Ermənistandakı səfiri ilə görüş tələbi ilə oturaq aksiya keçirmək qərarına gəliblər. Aksiyanın digər iştirakçısı Şuşadan köçmüş  Aşot Arutyunyan qeyd edib ki, "bu gün Azərbaycan öz ərazilərini qanunsuz olaraq genişləndirməyə çalışır və bu şəraitdə Qarabağ erməniləri birbaşa təhlükə altındadır."
 
Onun sözlərinə görə," İrəvandakı məcburi köçkünlər buna biganəliklə baxa bilməzlər".
 
“ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Fransadan tələbimiz Laçına sülhməramlı qüvvələrin göndərilməsidir ki, Qarabağla Ermənistan Respublikası arasında əlaqə saxlaya bilək. Bundan əlavə, mümkünsə, Azərbaycandan  qoşunların Artsaxdan çıxarılmasını tələb edərək Azərbaycanın təcavüzkar siyasətinin qarşısını alın”, - deyə Arutyunyan bildirib.
 
O, həmçinin əlavə edib ki, Azərbaycan Ermənistan silahlı qüvvələrinin Qarabağ ərazisindən çıxarılması ilə kifayətlənmir və bütün silahlı birləşmələrin çıxarılmasını tələb edir.
 
İştirakçılar bazar ertəsi ABŞ səfirliyi və BMT-nin İrəvan ofisi qarşısında da etiraz aksiyasını davam etdirəcəklər.(moderator.az)



126 dəfə oxunub.

Digər xəbərlər